AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar.

Eqazet.online Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

“Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur). Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir”, – hesabatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Tramp İran üzərinə 'maksimum təzyiq' siyasətini bərpa edir, neft ixracını sıfıra endirməyi hədəfləyir

Ç Fev 5 , 2025
Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki,ABŞ prezidenti Donald Trampın administrasiyası İran üzərində “maksimum təzyiq” siyasətini yenidən tətbiq edərək, Tehranın neft ixracını sıfıra endirməyi hədəfləyirdi. Vaşinqtonun bu addımı İranın əsas gəlir mənbəyi olan neft satışını məhdudlaşdırmaq məqsədi daşıyırdı. Sanksiyalar çərçivəsində ABŞ hökuməti İranın neft ixracını həyata keçirən şirkətlərə və onları […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x