Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək.

“EQazet” xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.

Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Barselona"nın futbolçusunun zədəsi sağalıb

Ç Yan 8 , 2025
“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın zədəsi sağalıb və İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletik”lə (Bilbao) oyunda meydana çıxa bilər. “EQazet” xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında kataloniyalıların baş məşqçisi Hans-Diter Flik bildirib. 17 yaşlı futbolçu İspaniya La Liqasının XVII turunda “Leqanes”lə matçda zədələnmişdi. Qeyd edək ki, L.Yamal bu mövsüm “Barselona”nın heyətində […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x