Orxan Rövşən oğlu Cabbarov (16 oktyabr 1995, Tovuz – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı. Hərbi xidməti Orxan Cabbarov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən […]

Bu gün Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsinin şəhidi Akif Əkbərovun doğum günüdür. Eqazet.online Ölkə.az istinadən xatırladır ki, Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində dünyaya göz açıb. Məqsədinə çatmaq üçün gərgin və şərəfli bir həyat sürən Akif Əkbərov, son dərəcə vətənpərvər bir insan olaraq, Qarabağ […]

Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi […]

Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002–2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi […]

Şamil Baloğlan oğlu Babayev (26 yanvar 1988, Camaldın, Culfa rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.e Həyatı Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. Ailəli idi. Bir övladı var. Hərbi xidməti Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi […]

Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Günnüt əməliyyatı iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu […]

Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993, Şamaxı rayonu – 1 noyabr 2020, Şuşa rayonu) — Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Hərbi xidməti Şahin Allahyarov […]

Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı. Hərbi xidməti Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli […]

Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına […]