Rusiya XİN Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqlayıb

Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər.

“Eqazet.online” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.

“Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür”, – diplomat vurğulayıb.

Qeyd edək ki, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskini səlahiyyət müddətinin başa çatdığını əsas gətirərək qeyri-legitim dövlət başçısı hesab edir.

V.Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib, həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Bu ölkədə dövlət başçısı beş il müddətə seçilir, seçkilər 2024-cü ilin martında keçirilməli idi. Lakin Ukrayna qanunvericiliyinə əsasən, ölkədə hərbi vəziyyətin tətbiqi zamanı, o cümlədən prezident seçkilərinin keçirilməsi qadağandır.

Ölkədə hərbi vəziyyət 2022-ci il fevralın 24-dən tətbiq olunur və Ukrayna parlamenti onu hər üç aydan bir uzadır.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Sabah bu ərazilərdə qaz olmayacaq

Ça Fev 4 , 2025
Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq. Eqazet.online xəbər verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq. Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x