AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra “Kover” əməliyyatı barədə məlumat verilib

Qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra “Kover” əməliyyatı barədə məlumat verilib.

Eqazet.online Report-a istinadən  xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

“05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Kover” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır”, – hesabatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar

Ça Fev 4 , 2025
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar. Eqazet.online Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub. “Hava gəmisinin mühərriklərinin hər ikisi […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x