Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki,ABŞ prezidenti Donald Trampın administrasiyası İran üzərində “maksimum təzyiq” siyasətini yenidən tətbiq edərək, Tehranın neft ixracını sıfıra endirməyi hədəfləyirdi.
Vaşinqtonun bu addımı İranın əsas gəlir mənbəyi olan neft satışını məhdudlaşdırmaq məqsədi daşıyırdı. Sanksiyalar çərçivəsində ABŞ hökuməti İranın neft ixracını həyata keçirən şirkətlərə və onları dəstəkləyən maliyyə qurumlarına qarşı sərt tədbirlər görəc
Tramp administrasiyası bu siyasət vasitəsilə İranı nüvə proqramından geri çəkilməyə və yeni danışıqlara məcbur etməyə çalışırdı. Lakin Tehran bu addımları qeyri-qanuni hesab edərək, müqavimət göstərəcəyini bəyan etmişdi.
Bəzi beynəlxalq analitiklər bu strategiyanın İran iqtisadiyyatına ciddi ziyan vuracağını, lakin regionda gərginliyi daha da artıracağını düşünürdülər.