Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müzakirəçilərinə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb.

“Eqazet” xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qərar İsrailin müdafiə naziri İsrael Katzın, təhlükəsizlik xidmətlərinin rəhbərlərinin və ABŞ-nin danışıqlar aparan nümayəndələrinin iştirak etdiyi görüşdən sonra qəbul edilib.

Vurğulanıb ki, Qətərə “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara, istefada olan general-mayor Nitzan Alon və siyasi məsləhətçi Ofir Falk gedəcək.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ABŞ Ali Məhkəməsi, TikTok Qadağasını Dəstəkləməyə Yönəlir

Şb Yan 11 , 2025
ABŞ Ali Məhkəməsi, Çin mənşəli sosial şəbəkə TikTok-un ABŞ-da qadağan edilməsi ilə bağlı mübahisələri araşdırmağa davam edir. Məhkəmə, TikTok-un təhlükəsizlik və istifadəçi məlumatlarının qorunması məsələlərinə dair narahatlıqları nəzərə alaraq, platformanın ABŞ-da tamamilə bloklanmasının mümkünlüyünü müzakirə edir. TikTok, Çinli texnologiya şirkəti ByteDance tərəfindən idarə olunur və bu, ABŞ hökumətinin narahatlığını artıran […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x