Azərbaycanın Pakistana sərmayə yatıracağı sahələr açıqlanıb

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.

Eqazet.online Report-a istinadən  xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti yazıb.

Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq:

“Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.

Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.

Xatırladaq ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xan ilə görüşmüşdü.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib

Bz Fev 2 , 2025
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. “Eqazet.online” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x