Azərbaycanın xarici dövlət borcu açıqlandı

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.

Bu barədə Eqazet.online Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Meksika Körfəzi 'Amerika Körfəzi' olaraq adlandırılacaq"

Ça Yan 28 , 2025
Google Maps tezliklə Meksika Körfəzinin adını dəyişərək “Amerika Körfəzi” kimi təqdim edəcək. Bu yenilik istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Ad dəyişikliyi rəsmi olaraq elan edilməsə də, Google-un bu qərarı ilə bağlı hələ heç bir açıqlama verilməyib. Təklif olunan bu dəyişiklik coğrafi adların siyasətə təsiri və tarixi kontekst haqqında müzakirələri […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x