Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

İnteryer Dizaynda Rəng Seçimi: Rahat və Estetik Məkanlar Yaratmaq

Bz Fev 2 , 2025
İnteryer Dizaynda Rəng Seçimi: Rahat və Estetik Məkanlar Yaratmaq İnteryer dizaynında rəng seçimi məkanın ümumi atmosferinə, insan psixologiyasına və funksionallığa birbaşa təsir göstərir. Doğru rənglər məkanı geniş, işıqlı və rahat göstərə bilər, yanlış rənglər isə darıxdırıcı və sıxıcı hiss etdirə bilər. Bu yazıda interyer dizaynında rəng seçiminin əsas prinsipləri və […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x