“Qarabağ” Juninyonun Braziliya klubuna keçidindən bu qədər qazanacaq

“Qarabağ” Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidindən 5 milyon avro qazanacaq.

Eqazet.online xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, “Flamenqo”nun sözügedən məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Qeyd edək ki, Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Avtomobil Alarkən Pulunuza və Zamanınıza Qənaət Edəcək 5 Əsas Məsləhət"

Şb Yan 11 , 2025
Avtomobil almaq diqqətli yanaşma tələb edən ciddi bir addımdır. Eqazet.online Oxu.Az-a istinadən verdiyi məlumata görə, “SberAvto” şirkətinin ekspertləri optimal qiymətə etibarlı nəqliyyat vasitəsi seçməyə kömək edəcək beş vacib aspekti vurğulayıblar. 1. Kuza və salonun yoxlanılması Kuza avtomobilin vizit kartıdır. Onu qiymətləndirmək üçün: – kuza elementləri arasındakı boşluqların düzgünlüyünü yoxlayın; – […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x