İtaliyanın futbol üzrə çempionatı: “Yuventus” “Milan”ı məğlub edib

Futbol üzrə İtaliya çempionatının XXI turunun Turində keçirilən matçında “Yuventus” ev oyununda “Milan”ı məğlub edib.

“Eqazet.online” xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

“Yuventus”un heyətindəa Samuel Mbanqula (59-cu dəqiqə) və Timoti Vea (64) fərqlənib.

Komandalar tarixdə 308-ci duelinə çıxıb, “Yuventus” 115-ci qələbəsini qazanıb. “Milan” 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib.

Qeyd edək ki, 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Yuventus” İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır. Komanda növbəti turda yanvarın 25-də səfərdə çempionatın lideri “Napoli” ilə qarşılaşacaq.

“Milan” isə məğlubiyyətsizlik seriyasına son qoyub. “Yuventus”la oyuna qədər milanlılar 5 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib. 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Milan” növbəti mərhələdə “Parma”nı qəbul edəcək.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Trump'ın "Dərin Dövlət"i Yıxma və İdarəetməni Əlində Saxlama Planı

Bz Yan 19 , 2025
Contents1 Trampın Planlarının Məğzmunu2 Tənqid və Tərəfdarların Fikirləri3 “Dərin Dövlət” Konsepti və Onun İzahı4 Tətbiq Planı və Mümkün Nəticələr Eqazet.online xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü il prezident seçkilərində qalib gələcəyi təqdirdə, “dərin dövlət” adlandırdığı idarəetmə sistemini tamamilə dəyışdirməyi özünün əsas prioriteti elan edib. Bu strategiya onun […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x