“Napoli” “Fənərbağça”da çıxış edən futbolçunu heyətinə qatmaq istəyir

İtaliyanın “Napoli” klubu hazırda Türkiyə təmsilçisi “Fənərbağça”da çıxış edən Allan Sen-Maksimeni heyətinə qatmaq istəyir.

“Eqazet.online”ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Neapol komandası 27 yaşlı vinger üçün müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, fransalı oyunçu mövsümün əvvəlindən icarə əsasında İstanbul təmsilçisinin formasını geyinir. 24 matçda meydana çıxan futbolçu 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Napoli” hazırda A Seriyasında 53 xalla liderdir.

Seçmə xəbərlər

Meta-nın WhatsApp platforması: Paragon casus proqram şirkəti 20 ölkədə istifadəçiləri hədəfə alıb

“Tottenhem” Moretto üçün 25 milyon avro ödəməyə hazırdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...