“AirBaltic” aviaşirkəti 2025-ci ilin yay mövsümü üçün 19 marşrut üzrə uçuşları ləğv edir. EQazet xəbər verir ki, bu barədə “Baltnews” məlumat yayıb. “Mühərrik istehsalçısının texniki xidmətlə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi aviaşirkətin “Airbus A220-300” təyyarə parkının iş qabiliyyətinə təsir göstərib və bu da onu yay mövsümünün cədvəlinə dəyişikliklər etməyə vadar […]

İtaliya Superkubokunun yarımfinal matçında “İnter” “Atalanta”nı 2:0 hesabı ilə məğlub edib. EQazet-in məlumatına görə, hər iki qolu Denzel Dumfris (49 və 61-ci dəqiqələrdə) vurub. “İnter” İtaliya Superkubokunda ölkənin hazırkı çempionu kimi iştirak edir. “Atalanta” İtaliya Kubokunun finalçısıdır. İkinci yarımfinalda İtaliya Kubokunun qalibi “Yuventus” yanvarın 3-də ölkənin vitse-çempionu “Milan”la qarşılaşacaq. Final […]

ABŞ-nin “Mayo Clinic” Tibb Mərkəzinin alimləri pasiyentlərin əksəriyyətinin görməzlikdən gəldikləri xərçəng xəstəliyinin beş əsas əlamətini açıqlayıblar. Bunlara davamlı öskürək, mədə göynəməsi, xalların forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan daxildir.  EQazet xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” (NEJM) jurnalında dərc olunub. Mütəxəssislərin fikrincə, […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar. “Eqazet”in xəbərinə görə, “Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib. Bildirilib […]

Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları qiyam ittihamı ilə həbs etmək üçün Prezident Yun Sok Yolun iqamətgahına gediblər. Eqazet-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər yayıb. Həbs əvvəllər verilmiş order çərçivəsində həyata keçirilir. Eyni zamanda, tərəfdarları hələ də bir gün əvvəl orada prezidentə dəstək üçün kütləvi aksiya təşkil etdikləri Yun […]