“AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

“AirBaltic” aviaşirkəti 2025-ci ilin yay mövsümü üçün 19 marşrut üzrə uçuşları ləğv edir.

EQazet xəbər verir ki, bu barədə “Baltnews” məlumat yayıb.

“Mühərrik istehsalçısının texniki xidmətlə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi aviaşirkətin “Airbus A220-300” təyyarə parkının iş qabiliyyətinə təsir göstərib və bu da onu yay mövsümünün cədvəlinə dəyişikliklər etməyə vadar edib”, – şirkətin məlumatında bildirilir.

“AirBaltic” aviaşirkəti “Pratt & Whitney” şirkətindən 2025-ci ildə bəzi “A220-300” təyyarələrinin mühərrik çatışmazlığı səbəbindən istismardan çıxarılacağı barədə məlumat alıb.

Şirkət 19 marşrut üzrə uçuşların ləğvi ilə yanaşı, müxtəlif bazalarında 21 marşrut üzrə uçuş tezliyini də azaldır. Ümumilikdə 4670 reys ləğv ediləcək ki, bu da təxminən 67160 sərnişinə təsir edəcək.

“AirBaltic” Riqa, Tallin, Vilnüs, Tampere və mövsümi olaraq Qran-Kanariyadan 130-dan çox marşruta xidmət göstərir.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Hələb Səmasında Alov: Şimal Suriyada Strateji Hədəflərə Gecə Hava Hücümü"

C Yan 3 , 2025
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Suriyanın Hələb şəhəri yaxınlığında (Dəməşqdən 360 km məsafədə) bir neçə hərbi obyektə raket zərbələri endirib. EQAZET-in məlumatına görə, bu barədə Livanın “Naharnet” portalı xəbər yayıb. Məlumata görə, təyyarələr Əs-Safira bölgəsindəki müdafiə zavodlarına və silah anbarlarına, eləcə də Hələbin kənarındakı tədqiqat mərkəzinə hücum edib. […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x