Alimlər Xərçəng Xəstəliyinin Gizli Qalan İlk Əlamətlərini Açıqladı

ABŞ-nin “Mayo Clinic” Tibb Mərkəzinin alimləri pasiyentlərin əksəriyyətinin görməzlikdən gəldikləri xərçəng xəstəliyinin beş əsas əlamətini açıqlayıblar. Bunlara davamlı öskürək, mədə göynəməsi, xalların forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan daxildir.

 EQazet xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” (NEJM) jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, xərçəng xəstəliyinin aşkarlanması çətindir, çünki insanlar çox vaxt ilk xəbərdarlıq əlamətlərinə əhəmiyyət vermir, onları başqa xəstəliklərin nəticəsi kimi qəbul edirlər.

Tədqiqatın rəhbəri, onkoloq Daren Koval qeyd edib ki, davamlı öskürək ən çox nəzərə alınmayan əlamətdir. Alim vurğulayıb ki, söhbət məlum səbəblər olmadan üç həftədən çox davam edən öskürəkdən gedir. Bu, ağciyərlərdə xərçəngli şişlərin mövcudluğuna işarə edə bilər.

Digər narahatedici əlamət boğazda və ya mədə borusunda şişlərin mümkün inkişafını göstərən xroniki mədə göynəməsidir. Alimlər vurğulayıblar ki, davamlı reflüks ciddi tibbi diqqət tələb edir.

Bundan əlavə, mütəxəssislər, xüsusilə yanma və ya qaşınma olduqda, xallardakı dəyişikliklərə diqqət yetirməyi məsləhət görürlər. Uzun müddət davam edən şişkin limfa düyünləri və nəcisdə qan da diqqətdən kənarda qalmamalı olan əlamətlərdəndir.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"İnter”dən Möhtəşəm Qələbə: “Atalanta”nı Məğlub Edərək Finala Adladı!"

C Yan 3 , 2025
İtaliya Superkubokunun yarımfinal matçında “İnter” “Atalanta”nı 2:0 hesabı ilə məğlub edib. EQazet-in məlumatına görə, hər iki qolu Denzel Dumfris (49 və 61-ci dəqiqələrdə) vurub. “İnter” İtaliya Superkubokunda ölkənin hazırkı çempionu kimi iştirak edir. “Atalanta” İtaliya Kubokunun finalçısıdır. İkinci yarımfinalda İtaliya Kubokunun qalibi “Yuventus” yanvarın 3-də ölkənin vitse-çempionu “Milan”la qarşılaşacaq. Final […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x