İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında  Anlaşma Memorandumu” imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib. 

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd Azərbaycan və Latviya vergi orqanları arasında məlumat mübadiləsinin  daha səmərəli və effektiv təşkili, vergi sahəsində təcrübə mübadiləsi kimi məsələləri nəzərdə tutur.

Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının nəzdində media müsabiqəsi keçirilir

Ca Yan 16 , 2025
Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının nəzdində 2025-ci il üçün müsabiqə elan edilir. Müsabiqədə MDB-nin iştirakçısı olan ölkələrin polis və mülki əməkdaşları ilə bərabər 18 yaşından yuxarı olan digər vətəndaşlar da iştirak edə bilərlər. İştirakçılar müsabiqənin şərtləri və qaydalarına dair ətraflı […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x