Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

Azərbaycan Tatarıstan ilə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili, kiçik və orta biznes sahəsində potensial imkanlar müzakirə olunub.

“Eqazet.online” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirdiyi görüşdə baş tutub.

Görüşdə bu sahələrdə hər iki tərəfdə işbirliyi üçün böyük potensialın olduğu vurğulanıb.

Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.

Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

Be Fev 3 , 2025
Türkiyə – Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür. “Eqazet.online” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x