2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Eqazet.online xəbər verir ki, Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir.

2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.

“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Prezident İlham Əliyevin Davos Səfəri: İqtisadi Görüşlərdə Yeni İmkanlar"

Ca Yan 23 , 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb. Görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib. İqtisadiyyat naziri həmçinin, […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x