Eqazet.online theguardian-a istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp yenidən Qrenlandiyanı satın almaq istəyini ifadə edib. Bu dəfə o, Danimarkanın baş naziri ilə keçirdiyi telefon danışığında bu mövzunu gündəmə gətirib. Danimarka mediasının məlumatına görə, söhbət “çox gərgin və çətin” keçib. Tramp Qrenlandiyanı “strateji əhəmiyyətli bir ərazi” kimi xarakterizə edərək, onu ABŞ-ın mülkiyyətinə daxil etmək istəyini açıq şəkildə bəyan edib.
Baş nazir Trampın təklifinə sərt reaksiya göstərərək, Qrenlandiyanın satılmasının mümkün olmadığını bildirib. O, bu təklifi “hörmətsiz və anlaşılmaz” adlandırıb. Danimarka hökuməti də açıqlama verərək, Trampın təklifini tamamilə rədd etdiyini təsdiqləyib.
Trampın Qrenlandiyanı almaq istəyini ilk dəfə 2019-cu ildə bildirmişdi, lakin bu, böyük tənqidlərə səbəb olmuş və iki ölkə arasında diplomatik gərginlik yaratmışdı. Görünür, prezident bu mövzuda israrını davam etdirir.