NATO Rusiya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir

NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir.

“Eqazet” xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Parlamentində çıxışında deyib.

O, bildirib ki, dünya təhlükəsizliyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır:

“Davamlı sülhə nail olmaq üçün Ukraynaya hərbi dəstəyi artırmaq lazımdır. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Biz daimi sülh istəyirik. Bu müharibə necə və nə vaxt bitəcək, bilmirəm. Amma bilirəm ki, rəsmi Moskva istədiyini əldə etsə, sülh olmayacaq. Rusiya, Şimali Koreya və İran özünü daha güclü hiss etdikcə sülh nə sabit, nə də davamlı olacaq”.

Baş katib Ukraynada müharibənin dayandırılması ilə bağlı adı çəkilən dövlətlərin maraqlarına xidmət edəcək razılaşmanın qlobal qeyri-sabitliyə aparan yol olacağını vurğulayıb:

“Sülh yalnız o zaman davam edə bilər ki, Ukrayna güclü mövqedən danışıqlar masasına otursun. Bunun üçün onun bizim əlavə yardımımıza ehtiyacı var”.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Husilər Təl-Əvivdəki vacib obyektə ballistik raketlə zərbə endiriblər

Ça Yan 14 , 2025
Üsyançı “Ənsar Allah” hərəkatından olan Yəmən husiləri İsrailin paytaxtı Təl-Əviv şəhərindəki vacib obyektə hipersəs ballistik raketlə zərbə endiriblər. “Eqazet” TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmən husilərinin sözçüsü bildirib. Qeyd olunub ki, Yaffa bölgəsindəki mühüm hədəf “Fələstin-2” hipersəs ballistik raketi ilə vurulub.

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x