Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

“Eqazet.online” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"X Platformasında Mobil İstifadə Artır: Aktivlik Azalır, Xərclər Artır"

Ca Yan 23 , 2025
Eqazet.online xəbər verir ki, X platformasında günlük aktiv istifadəçilərin sayında azalma müşahidə olunsa da, mobil cihazlar üzərindən istehlakçı xərclərində artım qeydə alınıb. Şirkətin son statistik məlumatlarına əsasən, istifadəçilər platformada daha az vaxt keçirirlər, lakin mobil tətbiq vasitəsilə alış-veriş və ödənişlərə daha Analitiklərin fikrincə, bu trend X platformasının mobil reklam və […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x