“Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə razılığa gəldi: Gürcüstandan İranadək sülhə doğru addım”

Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Eqazet.online xəbər verir ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Tramp Ticarət Qaydalarını Dəyişdirdi, Yeni Gömrük Rüsumları ilə Yenidən Hədəfləyir-FOTO

Ca Yan 16 , 2025
Eqazet.online reuters agentliyine istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qələbə qazanacağı təqdirdə, yenidən ticarət siyasətində böyük dəyişikliklər etməyi planlaşdırır. Trampın komandası, ABŞ iqtisadiyyatını daha da gücləndirmək məqsədilə yeni gömrük rüsumlarının tətbiqini gündəmə gətirib. Bu addım, həm daxili istehsalı artırmaq, həm də xarici […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x