“Fransızların Çoxu Makronun Siyasətinə Etiraz Edir”

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

 EQazet xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Estoniya ABŞ-dan HIMARS Raket Sistemləri Təmin Edəcək"

C Yan 3 , 2025
Estoniya yaxın bir neçə həftə ərzində Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq. EQazet Estoniyanın ERR teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur deyib. Nazir bildirib ki, Estoniya bir neçə həftəyə ABŞ-dan sözügedən texnikaları alacaq. Estoniyada yerləşdirilən Amerika hərbçilərinin artıq ölkə ordusunun şəxsi heyətinə bu […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x