“İsti Çayın Sağlamlığa Təsiri: Xərçənglə Bağlantısı Nədir?”

İsti çayla xərçəng xəstəliyi arasında əlaqə
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.
Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. 

Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı. 

Gündə bir litr çay

İranın şimalındakı Gülüstan əyaləti qida borusu xərçənginə görə dünyada birinci yeri tutur. Lakin burada siqaret çəkənlər azdır, içki içən isə demək olar ki, yox dərəcəsindədir. Lakin buna baxmayaraq, hətta qadınlar arasında da qida borusu xərçəngi geniş yayılıb. Bu regionda isti çay içmək adi bir haldır. 

Burada gündə bir litrə kimi çay içənlər çoxdur. 

Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondundan Oliver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək, qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

İlham Əliyev: Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir

C Yan 17 , 2025
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. “Eqazet,online” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm Azərbaycan və Gürcüstan üçün, həm daha böyük, geniş coğrafiya üçün […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x