İlham Əliyev: Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir

Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.

“Eqazet,online” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm Azərbaycan və Gürcüstan üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır:

“Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu il yeni qaz yataqlar işə düşəcək:

“Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Küləyin sürəti güclənib - FAKTİKİ HAVA - 17.01.2025

C Yan 17 , 2025
Yanvarın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Eqazet.online-a verilən məlumatına görə, yanvarın 17-si saat 17:00-a olan məlumatına əsasən hazırda bəzi yerlərdə qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib. Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x