“Hazır Qidaların Gizli Təhlükələri: Səhhətinizə Atılan Səssiz Zərbə”

Kiçik və ya böyük hər kəsin sevərək istehlak etdikləri hazır qidalar göründükləri qədər zərərsiz deyil! Ölkəmizdə və digər ölkələrdə hazır qidalara çox rəğbət göstərilməkdədir. Ancaq bu hazır olaraq satılan qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri vardır. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər.

Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ –dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlardan bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.

Piylənməyə yol açan hazır qidaların bişirilməsi və içərisinə qatılan maddələr də son dərəcə əhəmiyyətli olmaqdadır. Fast food indiki vaxtda ən çox seçilən qidaların əvvəllərində gəlir. Xüsusilə gənc nəsil və uşaq faast food qidalar qarşısında nədənsə müdafiəsiz qalır. Valideynlər bu vəziyyəti ciddiyə almalı və uşaqları bu barədə xəbərdar edib istehlak etməmək haqqında məlumatlandırmalıdırlar. Burada ən böyük iş ailəyə düşür və ailənin sağlam qidalanması adına cəhd göstərməsi lazımdır.

Hazır qidaların zərərləri

  • Çox uzun vaxtda istehlak edilən hazır qidalar xərçəng olma riskini artırır.
  • Ürək böhranına səbəb olur, ürək xəstəlikləri və damar xəstəliklərinə yol açır.
  • İnsanların diabet (şəkər xəstəliyi) olma riskini artırır.
  • Hazır qidaların içərisində olan bəzi maddələr xüsusilə uşaqların boylarının uzanmasını dayandırır və gecikdirir.
  • İşlənmiş və çox nisbətlə boya istifadə edilmiş qidalar, xüsusilə qız uşaqlarının yetkinlik dövrünə erkən girməsinə gətirib çıxarır.
  • İçərilərində qatqı maddələri və kimyəvi maddələr olduğu üçün sağlamlığa son dərəcə zərərlidir.
  • Hazır qidaların içərisində olan fərqli yağlar gənclərin sızanaq kimi dəri problemlərinə səbəb olur.
  • Bəzi hazır qidalar qızartma əməliyyatından keçir. Ən təhlükəli olanları da qızardılmış olan məhsullardır. Qızartma əsnasında istifadə edilən duru yağ istilik dərəcəsi artdıqca sağlamlığı da o cür təhdid edir.
  • İnsanlarda xüsusilə dondurulmuş olan məhsullar zəhərlənmələrə səbəb ola bilir.
  • Əsasən də kalorisi yüksək olan bu qidalar insanlarda kilo probleminə səbəb olur .
  • Hazır qidaların istehsal mərhələləri da son dərəcə əhəmiyyətlidir. Sağlam olmayan mühitdə hazırlanılan qidalar sağlamlıq üçün son dərəcə zərərlidir və ciddi problemlərə yol aça bilər.

Hazır qidalar nələrdir?

  • Hazır qidalar evdə hazırlanmayan və çöldən alınan qidalardır.
  • Paketli olaraq satılan və qidanın içərisində xarab olmaması üçün istifadə edilən, dözümlülük verən, qatqı maddəsi ehtiva edən və qida boyası istifadə edilən yeməklər hazır qida sinfinə girməkdədir.
  • Hazır qablaşdırılmış yeməklərin xaricində fast food olaraq satılan məhsullar (hamburqer, sendviç kimi)
  • Dondurulmuş olaraq satılan bişmiş qidalar (dondurulmuş kartof, konserv məhsulları, pizza və lahmacun kimi)
  • Ev mühitində hazırlanmayan və marketlərdən alınan qablı məhsullar.
0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Şahin Allahyarov

Ca Yan 16 , 2025
Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993, Şamaxı rayonu – 1 noyabr 2020, Şuşa rayonu) — Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Hərbi xidməti Şahin Allahyarov […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x