Brokkoli xərçəngə qarşı əla profilaktik vasitədir.Brokkoli-gül kələminin yarımnövüdür.Bir illik bitkidir. Vətəni Kiçik Asiya və Şərqi Aralıq dənizdir. Bu bitki xüsusilə vitamin C ilə zəngindir. O, romalılar tərəfindən yetişdirilmiş, İtaliya və Fransa məşhur olmasına baxmayaraq, ABŞ-da onu yalnız ΧΧ əsrin əvvəlində tanımışlar.
Brokkoli sərin, rütubətli iqlimdə daha yaxşı inkişaf edir. Brokkolinin iki əsas növü mövcuddur. Ən şox istifadə edilən-qalın saplaqlı, çətir formasında olan kələm başıdır. Brokkolinin başqa növü italyan və ya quşqonmaz brokkolidir. Həmçinin brokkolinin bənövşəyi növü də mövcuddur.
Brokkolini qaynadırlar, qızardırlar, qurudulub üyüdülmüş çörək ovuntusu ilə (suxari ilə), xama, yağ və mayonezlə masaya verirlər.
Ondan raqu (xırda doğranmış ət və ya balıq qovurması) və şorbalar hazırlayırlar. Çiy halda da yeyilir.
- Xüsusiyyətləri
Sərin iqlimdə yetişən brokkolinin kələmi ən faydalı tərəvəzlərdən biri, vitaminlərin və mineralların əsl anbarıdır. Vitamin C, fol turşusu, kalium, beta-karotin və sellülozla yanaşı, brokkolidə ürək-damar və xərçəng xəstəliklərinin yaranmasını əngəlləyən maddələr var. Brokkolidə C vitamini sitrus bitkilərindən 2.5 dəfə çoxdur. Mənfi 7 dərəcə şaxtaya dözümlüdür.Yetişməsi üçün ən uyğun istilik 15-170 dərəcədir, lakin 240 dərəcə istiliyə qədər dözümlüdür. Brokkolidə yerkökünə nisbətən daha çox beta-karotin var. Beta-karotin güclü xərçəng qoruyucusu olub xüsusilə də mədə, yemək borusu və bağırsaqda yarana biləcək xərçəng riskini azaldır. B1 və C vitaminləri baxımından olduqca zəngin olan brokkolinin tərkibində kalsium, kükürd, selenium var. İnsan bədənindəki dəmir və mineral çatışmazlığını brokkoli yox edir. Onun tez-tez istifadəsi ürək xəstəlikləri, infarkt və katarakta olma riskini də azaldır. Tərkibində çox miqdarda dəmir və fol turşusu olduğuna görə qanazlığa qarşı gözəl təbii vasitədir. Brokkolinin tərkibində olan A vitamini digər təəvəzlərdə olan A vitaminindən daha çoxdur. Kaloriliyi 28 kkal-dır. Yunanlar və romalılar brokkolini hələ 2000 il bundan əvvəl yeyirdilər.
Brokkolinin faydalarına diqqət yetirək:
- Prostat və xoş xasiyyətli prostat böyüməsi xəstəliklərinə qarşı təbii köməkçi vasitədir.
- Süd vəzisi və prostat xərçənginə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
- Sidik yolları infeksiyasının qarşısını alır.
- Araşdırmalara görə, çiy halda yeyilən brokkoli ağciyər xərçənginə tutulma riskini azaldır.
- Fakt: Amerikalılar hazırda 20 il əvvəlkindən 9 dəfə çox brokkoli istehlak edirlər.