“Bakının bu rayonunda ev qiymətlərində artım gözlənilir”

Ötən il Bakıda söküntülər və əmlak bazarında olan bahalaşma oldu. Paytaxtda və ətraf ərazilərdə evlərin bahalaşmasının bir neçə səbəbi var.

Bəs bu il əmlak bazarında vəziyyət necə olacaq?

Eqazet.online milli.az-a istinadən xəbər verir ki, mütəxəssizlərin fikrincə paytaxtın mərkəzində bina tikmək üçün boş torpaq qalmayıb. Buna görə də tikinti şirkətləri köhnə binaları söküb, yerinə yeni binaları tikir. Bu imkanlar isə məhduddur.

Azərbaycan Rieltorlar Assosiasiyasının sədri Vəfadar Axundov bildirib ki, məhz bu səbəb daşınmaz əmlak qiymətin artıran səbəblərdəndir.

“Bu il də bahalaşmanın davam edəcəyi gözlənilir. Qiymət artımına səbəb olan digər səbəb isə insanların əllərində olan pulu əmlaka yatırması ilə bağlıdır. Bu ilə qədər hələ ki əmlakın qiymətinin düşdüyü müşahidə olunmayıb. Artım bu il də 3-4 dəfə çox gözlənilir. Bahalaşma daha çox paytaxt və Abşeronda olacaq”. 

Əmlak eksperti Elnur Fərzəliyev də bahalaşmanı təsdiqləyib.

“Bu il bahalaşma 20-25 faiz gözlənilir. Bahalaşma daha çox mərkəzdə Xətai və Yasamalda olacaq. Dövlətin sənədsiz evlərlə bağlı planlaşdırdığı işlər həyata keçərsə, bu tip əmlaklarda sabitləşmə olacaq”.

Qeyd edək ki, ekpertlər ev alarkən ilk növbədə evin sənədi ilə bağlı diqqətli olmağı tövsiyə edir.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi ilə (videokonfrans rejimində) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Geniş Kollegiya iclası keçirilib

Be Yan 13 , 2025
Eqazet.online Baş prokurorluğun rəsmi saytına istinadən xəbər verirki Yanvar ayının 13-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri  Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x