CAR İnstitutu: Metapnevmovirus insanlar üçün böyük təhlükə təşkil etmir

Son həftələrdə Çin və Malayziyada yayılan insan metapnevmovirusu (HMPV) insanlar üçün yüksək təhlükə təşkil etmir.

“EQazet” TASS-a istinadən xəbər verir ki, bu barədə CAR-ın Milli Yoluxucu Xəstəliklər İnstitutu (MYXİ) məlumat yayıb.

“HMPV respirator virusunun geniş yayılması təhlükəsi ilə bağlı təşvişə düşmək üçün heç bir səbəb yoxdur. Bununla belə, CAR-ın tibbi qurumları hazırda HMPV ilə yoluxanların ən çox olduğu Çin və Malayziyada epidemioloji vəziyyəti diqqətlə izləyir”, – Cənubi Afrika alimləri yerli EWN radio stansiyasına bildirib.

MYXİ-nin bir şöbəsinin rəhbəri Şeril Koen yaxın vaxtlarda dünyada HMPV ilə xəstələnənlərin sayının arta biləcəyini istisna etməyib. “Mütəxəssislərdə olan bütün məlumatlar göstərir ki, bu respirator xəstəliyə yol açan viruslar Şimal yarımkürəsində qış mövsümündə aktivləşən ən tipik mövsümi viruslara aiddir. Məncə, dünyada pandemiyanın yaranacağından və ya HMPV-nin mutasiyaya uğrayıb daha aqressiv olacağından qorxmağa əsas yoxdur”, – o qeyd edib.

CAR-ın respirator xəstəliklər sahəsində aparıcı mütəxəssislərindən biri olan Tulio de Oliveyra da bu nəticə ilə razılaşır: “Çində HMPV-nin hazırkı alovlanması təşvişə səbəb olmamalıdır. COVID-19 ilə oxşarlığına baxmayaraq, metapnevmovirus adi qripdən daha az təhlükəlidir. HMPV dünya üçün ciddi təhlükə təşkil etmir”.

“Metapnevmovirus elm aləminə məlumdur və bütün dünyada rast gəlinir. İnsan orqanizminə düşdükdə HMPV tənəffüs yollarının iltihabına, öskürəyə və üşütməyə səbəb olur. Bəzi hallarda o, bronxit və pnevmoniyaya səbəb ola bilər. HMPV-yə ən çox uşaqlar və yaşlı insanlar məruz qalır”, – o deyib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Azərbaycanda torpaqların kateqoriyasına dair müraciətə baxılması elektronlaşdırılıb

Ç Yan 8 , 2025
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini istifadəyə verib. EQazet bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, xidmət vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x