Eqazet.online xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlarının Agentliyi Regional Su Meliorasiya Xidməti Publik hüquqi şəxsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlamalar həyata keçirilir. 2023-2024-cü illər ərzində qurumun dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır. Yoxlamaların aprel ayına əvvəlinədək davam edəcəyi gözlənilir.

Eqazet.online xəbər verir ki məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib. Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə baş verən hadisədə müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını etiraf etdiyini açıqlayıb. Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim dekabrın 9-da depressiyaya görə 6 aylıq məzuniyyət istəyib, […]

Rusiya ordusunun Ukraynaya hücumları NATO-nun hərəkətə keçməsinə səbəb olub. Eqazet.online musavat-a xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini bildirib. “Rusiya Federasiyası Silahlı Qüvvələri quru, hava və dəniz qüvvələrinə aid uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu təşkil edərək, Ukrayna üçün fəaliyyət göstərən qaz və enerji obyektlərini […]

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş təsdiq edilib. Eqazet.online xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” […]

Sevgililər gününə artıq 3 gün qalıb. Bu tarixdə cütlüklərin əvəzedilməz hədiyyələrinin başında gül buketləri gəlir. Hə il ənənəvi olaraq, 14 fevral tarixində gül mağazalarında böyük izdiham müşahidə olunur. Tələbatın həddən çox olması səbəbindən qiymətlərdə də ciddi bahalaşma özünü göstərir.  Eqazet.online xəbər verir ki, Yenisabah.az bu ilki sevgililər günü öncəsi gül buketlərinin […]

Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir.  Eqazet.online xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, […]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Eqazet.online  Ölkə.az-a istinadən xəbər verir ki, Nazirlikdən məlumat verilib. Bildirilib ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə […]

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. “Eqazet.online” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır. “Eqazet.online” xəbər verir ki, bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. “Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır”, – materialda qeyd olunur. Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi […]

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Eqazet.online report-a istinadən xəbər verir ki, məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan ərizə daxil olduğu bildirilib. […]