Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib – MƏHKƏMƏ

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Eqazet.online report-a istinadən xəbər verir ki, məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan ərizə daxil olduğu bildirilib.

Taleh Qaraşov ərizəsində Bəhruz Əskərova qarşı hər hansı şikayət və tələbinin olmadığını yazıb.

Təqsirləndirilən şəxsin müdafiəçisi deyib ki, ərizədə tərəflər arasında barışıq əldə olunub-olunmaması ilə bağlı məlumat yoxdur.

Vəkil Taleh Qaraşovun məhkəmədə dindirilməsi üçün vaxt istəyib. Ona görə də proses mart 4-nə kimi təxirə salınıb.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.

İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır

Ça Fev 11 , 2025
Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır. “Eqazet.online” xəbər verir ki, bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. “Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır”, – materialda qeyd olunur. Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi […]

Bəyənə bilərsən