Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

“Eqazet.online” xəbər verir ki, bununla bağlı parlamentin 85 deputatı spiker Sahibə Qafarovaya müraciət edib.

Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Ordusu dəyişikliyə gedir

C May 30 , 2025
Mayın 30-da Azərbaycan Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub. Müdafiə Nazirilyindən Eqazet.online-a bildirilib ki, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və […]

Bəyənə bilərsən