Milli Məclis Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi ratifikasiya edib

Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə saziş təsdiqlənib.

“Eqazet.online” xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, sazişə görə hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Sənəd yalnız qısa müddətli səfərləri əhatə edir.

Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qeyri-müəyyən müddətə bağlanıb.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ABŞ Çindən yarımkeçirici dizayn proqramlarının satışına yeni məhdudiyyətlər tətbiq etdi

C May 30 , 2025
Eqazet.online xəbər verir ki, ABŞ hökuməti, süni intellekt və yüksək səviyyəli texnologiyaların inkişafında mühüm rol oynayan yarımkeçirici dizayn proqram təminatlarının Çinə satışını məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq edib. Yeni ticarət məhdudiyyətləri əsasən qabaqcıl çiplərin dizaynında istifadə olunan proqram təminatlarını əhatə edir. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu addım milli təhlükəsizlik […]

Bəyənə bilərsən