İlham Əliyev Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

Eqazet.online xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

TƏCİLİ! Rusiya vurdu: NATO hərəkətə keçdi - Putini qəzəbləndirən HƏMLƏ

Ça Fev 11 , 2025
Rusiya ordusunun Ukraynaya hücumları NATO-nun hərəkətə keçməsinə səbəb olub. Eqazet.online musavat-a xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini bildirib. “Rusiya Federasiyası Silahlı Qüvvələri quru, hava və dəniz qüvvələrinə aid uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu təşkil edərək, Ukrayna üçün fəaliyyət göstərən qaz və enerji obyektlərini […]

Bəyənə bilərsən