Eqazet.online Yenisabah.az-a istinadən xəbər verir ki, yeni qərara əsasən, 18 yaş və daha yuxarı olan şəxslər işləmədən sığorta haqqı ödəyərək pensiya hüququ qazana bilərlər. Bu sistemə qoşulmaq üçün əsas şərtlər bunlardır: – Minimum 18 yaşda olmaq; – Türkiyədə yaşamaq; – Heç bir məcburi SGK sığortasının olmaması. Bu şərtlərə cavab verən şəxslər […]
Eqazet.online xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında uzun telefon danışığı baş tutub. Təxminən 1,5 saat davam edən söhbətdə əsasən Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub. Danışıqların əsas məqamlarını belə özətləmək olar: ▪ Tramp bildirib ki, o və Putin Ukraynada münaqişənin dayandırılmasının vacibliyi […]
Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır. Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur? Eqazet.online Xəzər TV-yə istinadən xəbər verir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya […]
“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı […]
Azərbaycanda unun son topdansatış qiyməti məlum olub. Eqazet.online xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 – 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 – 28.20 manat təşkil […]
ABŞ-ın da bu məkrli planın içinə çəkilməsi mümkün olarsa, Ermənistan həm geopolitik situasiyanı öz xeyrinə dəyişə biləcəyinə, həm də Qərbin məcburi və uzunmüddətli dəstəyini təmin edəcəyinə ümidlidir… Erməni baş nazir İrəvana döndükdən sonra bu avantürist planı reallaşdırmağa risk edərsə, Cənubi Qafqazda növbəti savaş qaçılmaz ola və Tramp adminstrasiyasının verəcəyi reaksiya […]
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib. Bu barədə Eqazet.online xəbər verir ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə […]
Eqazet.online Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi davam edir.Ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt […]
Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Fevralın 8-i səhər saat 07 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub. Zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat […]
Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı bir neçə şirkət barəsində cinayət işləri başlanıb. Eqazet.online xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində […]