Müəllim 8 yaşlı şagirdi qətlə yetirdi – ŞOK CİNAYƏT

Eqazet.online xəbər verir ki məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib.

Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə baş verən hadisədə müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını etiraf etdiyini açıqlayıb.

Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim dekabrın 9-da depressiyaya görə 6 aylıq məzuniyyət istəyib, lakin həkimlər onu işə yararlı kimi qiymətləndirdikdən sonra məktəbə qayıdıb.

Cənubi Koreyanın müvəqqəti prezidenti Çoi Sanq-mok hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini qeyd edib və belə hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu qurumda YOXLAMALAR BAŞLADI - RƏSMİ

Ça Fev 11 , 2025
Eqazet.online xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlarının Agentliyi Regional Su Meliorasiya Xidməti Publik hüquqi şəxsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlamalar həyata keçirilir. 2023-2024-cü illər ərzində qurumun dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır. Yoxlamaların aprel ayına əvvəlinədək davam edəcəyi gözlənilir.

Bəyənə bilərsən