30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlir – SƏBƏB

Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.

Eqazet.online xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov metbuat.az-ın sorğusuna cavab verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 58-ci maddəsinin “b” bəndinə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb

C Apr 4 , 2025
Dünya bazarında neft qiymətlərinin azalması 7 %-i keçib, London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 ABŞ dollarından aşağı düşüb. “Eqazet.online” bu barədə “İnterfaks”a istinadən xəbər verir. Bakı vaxtı ilə saat 15:30-a olan məlumata görə, “Brent” neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün […]

Bəyənə bilərsən