“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb

Dünya bazarında neft qiymətlərinin azalması 7 %-i keçib, London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 ABŞ dollarından aşağı düşüb.

“Eqazet.online” bu barədə “İnterfaks”a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 15:30-a olan məlumata görə, “Brent” neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 64,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 5,41 ABŞ dolları (7,71 %) azdır.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 5,63 ABŞ dolları (8,41 %) azalaraq bir barel üçün 61,32 ABŞ dolları olub.

Hər iki müqavilə həftəni yarım il ərzində maksimum azalma ilə başa vurur. “Dow Jones” məlumatlarına görə, “Brent”in qiymətinin düşməsi 2022-ci ilin avqustundan, WTI-nin qiymətinin düşməsi isə 2022-ci ilin iyulundan bəri ən əhəmiyyətli olub.

“Goldman Sachs”ın analitikləri bu və növbəti illər üçün neft qiymətləri proqnozlarını aşağı salaraq, qeyd ediblər ki, ticarət müharibələrinin eskalasiyası səbəbindən qlobal tələbatın zəifləməsini, həmçinin OPEK+ ölkələrindən tədarükün artırılmasını gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BP-nin vitse-prezidenti: “Azərbaycan qazının Avropaya ixracının 14 milyard kubmetrə çatdırılması üzərində iş gedir”

C Apr 4 , 2025
Cənub Qaz Dəhlizinin (SGC) operatorları birgə səylərlə Azərbaycan qazının Avropaya illik tədarük həcmini təxminən 12 milyard kubmetrə çatdırıblar, hazırda tədarük həcminin 2026-cı ildən etibarən 14 milyard kubmetrə çatdırılması üzərində iş aparılır. “Eqazet.online” report-a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem Cənub Qaz […]

Bəyənə bilərsən