İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Eqazet.online” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, firavanlıq və ruzi-bərəkət arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vatsap yazışmaları polis tərəfindən izlənilir? - AÇIQLAMA

Şb Mar 29 , 2025
Eqazet.online xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılan fotoda yazışmaların polis tərəfindən izlənildiyi qeyd edilir: “Bu söhbət mediası və mesajları Azərbaycan DİN tələbi ilə məhkəmə prosesi məqsədilə qeyd altına alnımışdır”. Vatsapda hər zaman yazışmaların qorunduğu və üçüncü tərəflə paylaşılmadığı barədə bildiriş olur.Sosial şəbəkələrdə yayılan foto da təhlükəsizliklə bağlı bildirişin məzmunu ilə […]

Bəyənə bilərsən