BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir

Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır.

“Eqazet.online” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.

“Hazırda layihə çərçivəsində Azərbaycan hökuməti və ictimaiyyətlə onun ekoloji və sosial təsirinin qiymətləndirilməsini müzakirə edirik. Məqsədimiz bu ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etmək, gələn il tikintiyə başlamaq və platformanı 2029-cu ilə qədər istismara verməkdir”, – M.Kirkhem qeyd edib.

O əlavə edib ki, layihənin məqsədi aşağı təzyiqli qaz ehtiyatlarına çıxışın təmin edilməsi və hasilatın maksimum həddə çatdırılmasıdır. Layihə elektrik enerjisi ilə işləyən kompressor qurğularına malik dəniz platformasının tikintisi və istifadəyə verilməsini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlir - SƏBƏB

C Apr 4 , 2025
Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb. […]

Bəyənə bilərsən