SOCAR “Tamar” layihəsində iştirak payı alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb.

“Eqazet.online” SOCAR-a istinadən xəbər verir ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

Bununla da SOCAR Aralıq dənizi hövzəsində “upstream” sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək, məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Elon Musk ABŞ hökumət agentliklərinin daxili işlərinə nəzarəti ələ keçirir

Şb Fev 1 , 2025
Eqazet.online xəbər verir ki, Məşhur milyarder və sahibkar Elon Musk ABŞ hökumət agentliklərinin daxili işlərinə təsir göstərdiyi barədə məlumatlar yayılıb. ABŞ mətbuatının verdiyi xəbərə görə, Musk hökumət qurumlarının texnoloji və strateji qərarlarına birbaşa təsir etmək üçün müxtəlif kanallardan istifadə edir. Xüsusilə onun kosmik və müdafiə sənayesi sahəsindəki fəaliyyətləri – SpaceX […]

Bəyənə bilərsən