Pərviz Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb”

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (ABII) “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırılmasının (TİƏ) hazırlanması üçün 2 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.

“Eqazet.online” report-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında məlumat verib.

O xatırladıb ki, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə dair saziş 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanıb. “Bu gün bu layihənin TİƏ üçün maliyyə ayrılması barədə qərar qəbul edilib. Üç ölkə ADB və ABII ilə 2 milyon ABŞ dolları həcmində texniki yardım ayrılması haqqında saziş imzalayıb”, – nazir deyib.

P. Şahbazov əlavə edib ki, bu gün həm də yeni enerji dəhlizinin – “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”ın reallaşdırılmasının əsası qoyulub, adıçəkilən ölkələrin energetika nazirləri bununla bağlı memorandum imzalayıblar.

“Azərbaycan hazırda bir sıra “yaşıl enerji” təşəbbüslərini, o cümlədən “Xəzər dənizi-Qara dəniz-Avropa” (Macarıstan) “yaşıl enerji” dəhlizi layihəsini həyata keçirir. Qeyd etmək istərdim ki, bütün bu “yaşıl enerji” dəhlizi layihələrinin bir-biri ilə rəqabət apara biləcəyi ilə bağlı mümkün fərziyyələr doğru deyil. Azərbaycanın bu layihələri həyata keçirmək üçün kifayət qədər resursları var”, – o söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Putinin xüsusi nümayəndəsi: Trampın rüsumları Rusiya iqtisadiyyatına müsbət təsir göstərə bilər

C Apr 4 , 2025
Eqazet.online tass agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi bildirib ki, ABŞ-ın prezidenti Donald Trampın tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları Rusiya iqtisadiyyatına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Trampın proteksionist siyasəti nəticəsində bəzi ölkələr ABŞ bazarına çıxış imkanlarını itirə bilər ki, bu da Rusiyaya […]

Bəyənə bilərsən