İlham Əliyev: Azərbaycan enerji sahəsində Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir

Enerji sahəsində Avropa Azərbaycan üçün əsas bazardır.

Eqazet.online xəbər verir ki,Report-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu deyib və bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğulayıb:

“Azərbaycan Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir

C Apr 4 , 2025
Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır. “Eqazet.online” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib. “Hazırda layihə […]

Bəyənə bilərsən