Terrorla əlaqədar əlilliyə görə müavinət təyin ediləcək

Əlillik terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.

Eqazet.online-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət təyin olunub. Müavinətin məbləği aşağıdakı kimidir:

– orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 (iki yüz yetmiş) manat;

– orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 (iki yüz iyirmi) manat;

– orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 (yüz əlli) manat;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kreml Putinlə Trampın telefon danışığını istisna etmir, atəşkəs məsələsində isə tələsmir

Ç Mar 12 , 2025
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığını istisna etməyib. Eqazet.online APA-a istinadən xəbər verir ki, Moskva müxbiri xəbər verir ki, Peskov bugünkü brifinqdə belə bir ehtiyac yaranacağı təqdirdə, Putin-Tramp telefon danışığının çox tez təşkil olunacağını bildirib. “Amerikalılarla dialoq üçün mövcud kanallar […]

Bəyənə bilərsən