Eqazet.online Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi davam edir.
Ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Sülh naminə birlikdə” şüarı ilə keçirilən “AMAN-25” çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Next Post
Xarici nömrələrlə onlayn qumar təşkil edirmişlər- Əməliyyat görüntüləri
Ça Fev 11 , 2025
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib. Bu barədə Eqazet.online xəbər verir ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə […]
