Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. “Eqazet.online” bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir. […]
İqtisadiyyat
Gələn həftə Azərbaycan və Pakistan arasında iqtisadi-ticarət sahəsində layihələr müzakirə ediləcək. Bu barədə “Eqazet.online” Pakistan KİV-nə istinadən xəbər verir. Məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də Pakistana gözlənilən səfəri çərçivəsində baş tutacaq.
Eqazet.online xəbər verir ki, Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 74,91 dollardan ticarət olunur. Dünən 75,04 dollara qədər yüksələn Brent neftinin qiyməti, günü 74,77 dollar səviyyəsində tamamladı. Bu gün saat 09:24-ə olan məlumata görə, Brent neftinin qiyməti bağlanışa nisbətən 0,19% artaraq 74,91 dollara çatıb. Eyni saatda, ABŞ-ın Qərbi Texas […]
Bu gündən Azərbaycan Dəmir Yolları (ADY) sıxlığın qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarların cədvəlini optimallaşdırıb. Bu çərçivədə, ilk dəfə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan müasir FLIRT qatarı istifadəyə verilib. Eqazet.online xəbər verir ki, Bakı–Xırdalan–Bakı marşrutunda hərəkət edəcək FLIRT qatarı birmərtəbəli, 5 vaqonlu və 550 sərnişin tutumuna […]
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə “Eqazet.online” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində “Şəhər-3” qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 1-də saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb. Hazırda […]
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətinin yeni qərarı Qazaxıstanın neft ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu addım, OPEC+ ölkələri arasında davam edən gərginlik fonunda atılıb və neft bazarında yeni qeyri-müəyyənliyə səbəb olub. Moskvanın qəbul etdiyi qaydalara əsasən, Rusiya ərazisindən tranzitlə ixrac edilən Qazaxıstan neftinin həcmi əhəmiyyətli dərəcədə […]
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Eqazet.online Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur. Sığorta şirkətlərinin ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,45 faiz çoxdur.
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. “Eqazet.online”ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib. “Eqazet.online” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,4 % artaraq 289,71 milyon […]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. “Eqazet.online” bu barədə ADY-yə istinadən xəbər verir. Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, […]