Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Eqazet.online” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində “Şəhər-3” qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 1-də saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ANAMA aylıq hesabatı açıqladı - 4 min hektardan artıq ərazi minalardan təmizləndi

Ça Apr 1 , 2025
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mart ayı üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq statistikanı açıqlayıb. ANAMA-dan Eqazet.online-a verilən məlumata görə, azad olunan ərazilərdə cari ay ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin […]

Bəyənə bilərsən