Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb

Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. 

“Eqazet.online” bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda dövlət sektorunda çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib

Ca Apr 3 , 2025
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. “Eqazet.online” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, o, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb. […]

Bəyənə bilərsən