Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib.

“Eqazet.online” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,4 % artaraq 289,71 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 5,1 % artaraq 682,187 milyon manat, aksizlər üzrə daxilolmalar 14,8 % artaraq 38,793 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 5,5 % artaraq 7,078 milyon manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

Ça Apr 1 , 2025
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. “Eqazet.online”ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Bəyənə bilərsən